41 yaşlı referinin ilk dəfə 2016-17 mövsümündə "Qarabağ"la yolu kəsişib. Həmin qarşılaşmada ağdamlılar Yunanıstan PAOK-unu səfərdə 1:0 hesabı ilə məğlub edib.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ" – "Molde" oyununu idarə edəcək Con Biton Azərbaycan təmsilçisinə tanış simadı. Matc.az xəbər verir ki, şotlandiyalı hakim artıq 3 dəfə Ağdam klubunun bu turnirin qrp mərhələsindəki görüşündə fit çalıb.
41 yaşlı referinin ilk dəfə 2016-17 mövsümündə "Qarabağ"la yolu kəsişib. Həmin qarşılaşmada ağdamlılar Yunanıstan PAOK-unu səfərdə 1:0 hesabı ilə məğlub edib.
2019-20 mövsümündə "Qarabağ"ın "Düdelanj"la Lüksemburqdakı qalmaqallı qarşılaşmasının baş hakimi də məhz Biton olub. Azərbaycan çempionu 4:1 hesablı qələbə qazanmış, birinci hissədə erməni təxribatı baş vermişdi. Belə ki, birinci hissədə qondarma "Dağlıq Qarabağ" "bayrağı" dronla stadiona gətirilmişdi.
Biton son olaraq 2020-21 mövsümündə "Qarabağ"ın matçını idarə edib. Maraqlıdı ki, bu dəfə də səfər görüşündə iş başında olub. Belə ki, Təl-Əviv "Makkabi"si ilə İsraildəki qarşılaşmaya UEFA onu təyin edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bundan başqa, Con Biton 2014-cü ildə AVRO-2015-in seçmə oyununda U-19 millimizin Macarıstanla 1:1 hesablı heç-heçə etdiyi ev görüşünü idarə edib. Eyni zamanda, 2019-cu ildə U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduğu qarşılaşmada da ədaləti qoruyub.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Molde" görüşü saat 20:45-də start götürəcək.