Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının VII turunun oyunları müzakirə olunub.
 
"Turan Tovuz"la görüşün sonlarında meydançaya daxil olaraq hakimin qərarına etiraz edən "Sumqayıt"ın məşqçisi Mübariz Orucova 1-i şərti olmaqla 2 oyunluq cəza, klubuna 1500 manat cərimə kəsilib. Onun sınaq müddəti 3 aydı.
 
"Sabah" matçda 4 futbolçusu sarı vərəqə alan "Kəpəz" 700 manat cərimələnib. Həmin görüşə Təcili Tibbi Yardım avtomobilinin təyin olunmuş vaxtdan gec gəlməsi "Sabah"ı 1000 manat ziyana salıb.
 
"Araz-Naxçıvan"la qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğundan, "Səbail" klubu da 800 manat cəriməyə məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest