Beynəlxalq Futbol Federasiyası ( FİFA ) noyabrın 30-da milli komandaların yenilənmiş reytinq cədvəlini dərc edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Dünya çempionu Argentina yığması liderlikdə qalıb. Fransa komandası ikinci yerdədir. Braziliya millisi üçüncü yeri itirərək iki pillə geriləyib. İndi ilk üçlüyü İngiltərə komandası tamamlayır, Belçika isə dördüncü yerdədir. İlk 10-luqda daha bir dəyişiklik də olub. Hollandiya Portuqaliyanı altıncı yerdən yeddinci pilləyə salıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest