“Sothebys” hərracının iştirakçılarından biri Argentina yığmasının kapitanı Lionel Messinin DÇ-2022-də geyindiyi 6 köynəkdən ibarət dəst üçün 5,2 milyon dollar təklif edib.

Matc.az xəbər verir ki, bu barədə hərracın mətbuat xidməti məlumat yayıb. Buna hücumçunun final, yarımfinal, 1/4 final, 1/8 final və iki qrup matçında geyindiyi formalar daxildir. Hərrac dekabrın 14-də başa çatacaq. Bəyanatda yazılıb: “Bu köynəklər Messinin irsinin simvoludur. Onlar zəhmətlə dolu karyeranın kulminasiya nöqtəsini və gözəl oyuna sonsuz həvəsi simvollaşdırır. Messi nəinki Dünya Kubokunu qazandı, o, bütün nəsil futbolçuları və azarkeşləri ruhlandırdı. Qarşıdakı illərdə bu köynəklər Messinin böyüklüyünü və onun futbol dünyasında qoyduğu izi xatırlatacaq. Hər matçın ilk yarısında geyinilən formalar zəfər və əzmkarlığın simvoludur”.

Qeyd edək ki, Argentina finalda Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, 4:2) Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Həlledici görüşdə Messi dubla imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest