Premyer Liqa İngiltərədə televiziya hüquqlarını rekord məbləğə satıb. Matc.az xəbər verir ki, təşkilatçılar “Sky Sports” və “TNT Sports”la 4 mövsümlük müqavilə imzalayıb.
 
Anlaşma 2025-ci ilin yayından 2029-cu ilin yayına qədər olan dönəmi əhatə edəcək. 5 canlı paketdən 4-nü “Sky Sports” əldə edib ki, bu, mövsümdə 215 oyun demədi. BBC isə bütün qarşılaşmaların əsas məqamlarını pulsuz göstərə biləcək.
 
Premyer Liqa bu anlaşmadan 6,7 milyard funt-sterlinq qazanc əldə edəcək. Bu da İngiltərə tarixində ən böyük idman hüquqları müqaviləsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest