Premyer Liqanın XVI turunda “Zirə” ilə qarşılaşacaq “Araz-Naxçıvan” oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşq edir.
 
Hazırda bütün futbolçular baş məşqçi Azər Bağırovun ixtiyarındadı. Zədəli oyunçu olmasa da, Vadim Abdullayev cəza ucbatından qarşıdakı görüşü buraxacaq. Buna səbəb onun passivində 4 sarı vərəqənin olmasıdı.
 
Qeyd edək ki, “Zirə” – “Araz-Naxçıvan” oyunu dekabrın 9-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest