"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandada ciddi dəyişikliklər etməyi planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssisin "qara siyahı"sındakı futbolçuların siyahısı müəyyənləşib.

İcarə əsasında "Bornmut"da çıxış edən Natanyel Klayn geri qayıtmayacaq. Ehtiyatda oturmaq istəməyən Alberto Moreno yola salınacaq. Daniel Starric etimadı doğrulda bilməyib. Tez-tez zədələnən Adam Lallana gücünü başqa komandada sınamaq fikrindədi. Həmçinin Simon Minyole, Divok Oriqi, Joel Matip, Ovimomo Ejaria, çirivella və Marko Qruiç də "qırmızılar"la vidalaşacaq.

"Liverpul"un əsas transfer hədəfi isə "Ayaks"ın hücumçusu David Neresdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest