“Bayer”lə yenidən oynamaq çox xoşdu”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib. Almaniya klubunun sabiq qolkiperi Avropa Liqasının 1/8 final mərhələsində yenidən leverkuzenlilərə rəqib olmalarını dəyərləndirib.

“Bayer”lə yenidən oynamaq çox xoşdu”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

Almaniya klubunun sabiq qolkiperi Avropa Liqasının 1/8 final mərhələsində yenidən leverkuzenlilərə rəqib olmalarını dəyərləndirib: “Bu, sonrakı mərhələlərdə baş versəydi, daha yaxşı olardı. Fikrimcə, indi işimiz nisbətən asan olacaq. Bəzi üstünlüklər var. Onlarla iki dəfə qarşılaşmışıq, tanış komandadı. “Bayer”ə qarşı necə oynaya biləcəyimizi, onların güclü və zəif tərəflərini bilirik. Mənfi cəhətləri də var. İstənilən rəqibə qarşı oynaya bilərsən və oynamalısan”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində məhz “Bayer”dən keçib. Bu komandalar arasında oyunlar martın 7-də və 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest