“Mançester Yunayted”in yeni sahibləri baş məşqçi ilə bağlı qərarlarını veriblər. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi Zinəddin Zidana “elçi düşüb”.

Yeni sahibin bu posta hələlik yeganə namizədi fransalı mütəxəssisdi. O, 51 yaşlı mütəxəssisi razı salmaq üçün hər yola əl atmaq fikrindədi. “Ineos Sport”un icraçı direktoru Jan-Klod Blan vaxt itirmədən Zidanla danışığa başlayıb. Ancaq onun təyinatının reallaşma ehtimalı az göstərilir.

Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ildə “Real”dan ayrıldıqdan bəri işsizdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest