“Tottenhem”in hücumçusu Rişarlison dizindən zədələnib. Matc.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Ange Postekoqlu açıqlayıb.

O bildirib ki, braziliyalı hücumçu təxminən bir həftə komandaya kömək edə bilməyəcək: “Rişi axırıncı oyundan sonra dizindən kiçik zədə aldı və 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Zədəlilərimiz arasında Freyzer Forster, Pedro Porro, Rayan Sessen və Manor Solomon da var.

Qeyd edək ki, Rişarlison bu mövsüm “Tottenhem”in heyətində 25 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest