"Bayer"in baş məşqçisi Xabi Alonso klubda qalmaq qərarının səbəbini açıqlayıb.
 
Matc.az xəbər verir ki, o, Leverkuzen klubunu çox bəyəndiyini bildirib:
 
"Bayer"ə gəlmək qərarının bir çox səbəbi var idi. Bir ildən sonra qalib ruhlu komanda yaratdıq.
 
Mövsüm indiyə qədər əla keçir və təbii ki, biz də eyni ruhda davam etmək niyyətindəyik. Mən özümü prosesin bir hissəsi kimi hiss edirəm. Bir mövsümdən sonra ayrılmaq üçün doğru zaman olduğunu hiss etmədim, ona görə də qalmağa qərar verdim".
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest