“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə keçiriləcək cavab oyunu barədə danışıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis “erkən final”a hazır olduqlarını bildirib.
Ançelotti rəqibə sürpriz hazırlamadıqlarını vurğulayıb: “Biz tam oyun keçirməyi planlaşdırırıq: yaxşı hücum və möhkəm müdafiə. Hesab edirəm ki, əks-hücumlarda yüksək keyfiyyətli oyun mürəkkəb olmalıdı. Bununla belə, matçın yalnız bir tərəfinə diqqət yetirmirik. Qvardiola üçün sürpriz yoxdu. Bir-birimizi çox yaxşı tanıyırıq. Pep sakit ola bilər, çünki mən heç nə icad etməyi planlaşdırmıram”.
Qeyd edək ki, bu gün “Etihad” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüş 3:3 hesabı ilə başa çatıb.