"Ötən bazar ertəsi biz altı qol vurduq, amma bu gün bəlkə də daha çox epizodumuz və imkanımız olsa da, bacarmadıq".

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə kubokunun yarımfinalında "Mançester Siti"yə məğlubiyyəti (0:1) şərh edib.
 
Matc.az xəbər verir ki, bu barədə mütəxəssis BBC-yə açıqlama verib:
 
“Biz buraxmamalı olduğumuz bir vaxtda qol buraxdıq. Rəqib qapısı qarşısında soyuqqanlılıq göstərə bilmədik, hesabı dəyişmək alınmadı.  Ötən bazar ertəsi biz altı qol vurduq, amma bu gün bəlkə də daha çox epizodumuz və imkanımız olsa da, bacarmadıq.
 
İndi mövsümü mümkün olan ən yaxşı şəkildə başa vurmağın və sonra necə inkişaf etdirə biləcəyimizi danışmağın vaxtıdır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest