Vensan Kompani "Bavariya"ya baş məşqçi təyin olunmasını şərh edib.

Matc.az xəbər verir ki, Kompani Münhen klubunda baş məşqçi kimi ilk müsahibəsini verib.

“Bavariya”da işləməyi səbirsizliklə gözləyirəm. Bu klubda işləmək mənim üçün böyük şərəfdir. "Bavariya" beynəlxalq futbol institutudur. Bir məşqçi kimi öz fərdiliyini ortaya qoymalısan. Mən topa sahib olmağı, yaradıcı olmağı xoşlayıram, amma biz həm də meydanda aqressiv və cəsarətli olmalıyıq.

İndi mən fəaliyyətə başlamağı - oyunçularla işləməyi, komanda qurmağı səbirsizliklə gözləyirəm. Əgər təməl doğru qoyularsa, uğur ardınca gələcək”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest