PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klublararası dünya çempionatının yeni formatına münasibət bildirib. Matc.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının prezidenti Sardiniyada keçirilən futbol forumunda bunun böyük yarış olacağını bildirib.

O, hətta klubların mübarizəsinin millilər arasında baş tutan mundialdan güclü olacağını düşünür: “Klublararası dünya çempionatı millilər arasında keçirilən dünya çempionatından daha böyük olacaq. Bunu sizə söz verirəm. Dünya çempionatı heyrətamiz yarışdı. Mən millimizdə oynayan futbolçularla fəxr edirəm. Lakin klublararası dünya çempionatı dünyanın hər yerindən 32 klubun azarkeşlərinin bir araya gəlməsi ilə fərqli, daha böyük bir şey olacaq. Mən buna görə çox şadam”.

Qeyd edək ki, klublararası dünya çempionatı 2025-ci ilin iyun-iyul aylarında ABŞ-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest