AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verən neqativ hallarla bağlı hüquqi qiymət verilib.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verən neqativ hallarla bağlı hüquqi qiymət verilib.
“Zirə” - “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” 700 manat cərimələnib.
Matç bitdikdən sonra “Zirə”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.
Oyunda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.
Görüşün 70-ci dəqiqəsində “Səbail”in futbolçusu Valdemar Almeyda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.
“Sumqayıt” - “Qəbələ” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” 700 manat cərimələnib.
Oyunun 90+5-ci dəqiqəsində “Sumqayıt”ın tərcüməçisi Şahin Abdullayev matçın bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.
Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimələnib.
“Turan Tovuz” - “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” 800 manat cərimələnib.