Mütəxəssis oyunçuların imkanlarının zirvəsində olduğunu, lakin qalib gəlmək üçün ingilislərdən daha az səhvə yol verməli olduqlarını vurğulayıb.

Luis De La Fuente İspaniya millisinin baş məşqçisi təyin olunandan cəmi bir il sonra komandasının AVRO-2024-ün finalına çıxmasına görə xoşbəxt olduğunu deyib.

Matc.az xəbər verir ki, mütəxəssis oyunçuların imkanlarının zirvəsində olduğunu, lakin qalib gəlmək üçün ingilislərdən daha az səhvə yol verməli olduqlarını vurğulayıb.

“Xoşbəxtəm. Avropa çempionatının finalına yüksəlmək futbolda əldə edə biləcəyiniz ən böyük nailiyyətlərdən biridir. Biz çox sakitik və oynamaq üçün  səbirsizlənirik. Heç vaxt soyuqqanlılığımızı itirməmişik. Qarşılaşmanı səbirsizliklə gözləyirik, lakin rəqiblərimizə böyük hörmətlə yanaşırıq. Bu finaldır, ona görə də bərabər və çox rəqabətli oyun olacaq. Daha az səhv edən komanda qalib gələcək. Komandamız bu finala özünün pik səviyyəsində yaxınlaşır”.

Xatırladaq ki, AVRO-2024-ün İspaniya - İngiltərə final oyunu bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest