22 İyul 2024, 18:58
FUTBOL
Yeni mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz” növbəti yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, Gəncə təmsilçisi ölkəmizdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşıb.
Oyun “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını ilk hissədə Lassana Ndiaye və Kərim Lkoça vurub.
Qeyd edək ki, “Kəpəz” bunadək iki yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzub.


_1763412430.jpg)
_1763412158.jpg)
_1763411611.jpg)







_1763398168.jpg)