Azərbaycan boksçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı ilk döyüşlərinin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, ilk təmsilçimiz iyulun 28-də rinqə çıxacaq.

Belə ki, Alfonso Dominqes Bakı vaxtı ilə saat 18:18-də ikiqat olimpiya çempionu olan həmyerlisi Xulio Sesar la Krusla qarşılaşacaq.

Yığmamız Fransa paytaxtında ümumilikdə 5 boksçu ilə yollanıb. Boksçularımızın hamısı mübarizəyə 1/8 finaldan başlayacaq.

28 iyul

18:18. Alfonso Dominqes (92 kq) - Xulio Sesar la Krus (Kuba)

29 iyul

14:52. Məhəmməd Abdullayev (+92 kq) – Nelvi Tiafak (Almaniya)

22:48. Malik Həsənov (63,5 kq) – Laşa Quruli (Gürcüstan)

30 iyul

17:30. Nicat Hüseynov (51 kq) – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

18:34. Murad Allahverdiyev (80 kq) – Abdelrahman Abdelqavvad (Misir)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest