H qrupunda keçirilən görüş Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).
Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk oyununa çıxıb.
Matc.az xəbər verir ki, indoneziyalı milliləşdirilmiş legionerin ilk rəqibi He Bin Çzyao (Çin) olub.
H qrupunda keçirilən görüş Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).
Qeyd edək ki, hər qrupda üç idmançı yarışır. Növbəti mərhələyə yalnız qrup qalibi çıxır. Bu məğlubiyyətlə Azərbaycan badmintonçusunun qrupdan çıxmaq şansı xeyli çətinləşib.
Keişa Fatima Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.

_1761592149.jpg)


_1761586939.jpg)
_1761586541.jpg)






_1761579949.jpg)