27 İyul 2024, 20:16
PARİS-2024
Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub.
Matc.az xəbər verir ki, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.
Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər:
“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.
“Fransa-2” telekanalının bu təxribatındann sonra Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayacağı gözlənilir.

_1761592149.jpg)


_1761586939.jpg)
_1761586541.jpg)






_1761579949.jpg)