06 Avqust 2024, 12:20
FUTBOL
"Barselona"nın futbolçusu İlkay Gündoğan karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Kataloniya klubunda qalacaq.
Gündoğanın adı Qətərin "Əl-Sədd" klubu ilə birgə hallanırdı. Lakin İlkay yekunda “Barselona”da qalmağı üstün tutub. O, qərarı ilə bağlı klub rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu "Barselona"nın heyətində ötən mövsüm 51 oyunda 5 qola imza atıb, 14 assist müəllifi olub.