"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç rəqib komandaların "Sabah"la oyunda ciddi çətinliklərlə üzləşəcəklərini bildirib.
"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç rəqib komandaların "Sabah"la oyunda ciddi çətinliklərlə üzləşəcəklərini bildirib.
Matc.az xəbər verir ki, alman klubunun çalışdırıcısı UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bu barədə danışıb.
Bildirilir ki, mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib: "Bu, bizim üçün çox vacib qələbə idi. Matçdan çox razıyam. Hücum xəttində çox yaxşı çıxış etdik. Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik. Bir həftədə üçüncü dəfə idi ki, səfərdə çıxış edirdik. Rəqib komanda vəziyyətdən çox yaxşı çıxırdı. İlk 10 dəqiqədə qapıya çoxsaylı zərbələr endirdik. Futbolçularım meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər".
O, "Sabah"ın vurduğu qolu dəyərləndirib: "Standart vəziyyətdən qol buraxmaq bizi qəzəbləndirir. Çalışırıq ki, bu vəziyyətdə qapımızda qol görməyək. Əslində, həmin vəziyyətdə qapımızı toxunulmaz saxlaya bilərdik. Lakin "Sabah" həmin epizodda daha dəqiq oynadı. Bundan sonra künc zərbələrində və digər standart vəziyyətlərdə daha diqqətli olmalıyıq".
Niko Kovaç "Sabah"ın "Borussiya"ya qarşı layiqli mübarizə apardığını söyləyib: "Sabah"a göstərdiyi futbola görə təbriklər düşür. Həqiqətən layiqli mübarizə apardılar. Sözün açığı, təəccüblənmədim. Çünki "Sabah"ı araşdırarkən onların yaxşı oyun nümayiesz etdirdiklərini görmüşdüm. Çoxları düşünürdü ki, Norveç və Azərbaycana yollanarkən asan qələbələr qazanacağıq. Lakin bu belə deyil. Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər".
Qeyd edək ki, "Sabah" – "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.













