IBA Avropa Kubokunun müntəzəm mövsümü çərçivəsində "Rilski Sportist" və "Gəncə" BK arasında keçirilməli olan oyun baş tutmayacaq.

IBA Avropa Kubokunun müntəzəm mövsümü çərçivəsində "Rilski Sportist" və "Gəncə" BK arasında keçirilməli olan oyun baş tutmayacaq.

Matc.az xəbər verir ki, buna səbəb Azərbaycan təmsilçisinin səfərə gedə bilməməsidir.

Bu barədə klub özü məlumat yayıb. Bildirilib ki, səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda keçirilməyəcək.

Qeyd edək ki, C qrupunun bu qarşılaşmasının oktyabrın 21-də, çərşənbə günü Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest