Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunların davam edir.
Matc.az xəbər verir ki, bu gün Olimpiya Oyunlarında daha dörd idmançımız medallar uğrunda mübarizə aparacaq.
Yunan-Roma güləşində 67 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Həsrət Cəfərov 1/8 final mərhələsində Misir təmsilçisi Mohamed Elsayed ilə üz-üzə gələcək. 87 kq çəkidə mübarizə aparan digər güləşçimiz Rafiq Hüseynov 1/8 finalda macarıstanlı David Loşontsi ilə qarşılaşacaq. Yunan-Roma güləşində bürünc uğrunda mübarizədə Sənan Süleymanov Aleksis Kuero (Kolumbiya) / Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə güləşəcək.
-58 kq çəki dərəcəsində mübarizəyə qoşulan taekvondoçumuz Qaşım Maqomedov 1/8 finalda irlandiyalı Cek Vulli ilə üz-üzə gələcək.
Azərbaycan idmançılarının Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında 7 avqust tarixinə nəzərdə tutulan proqramı:
13:00. Yunan-Roma güləşi (67 kq) 1/8 final, A xalçası 3-cü görüş
Həsrət Cəfərov – Mohamed Elsayed (Misir)
13:00. Yunan-Roma güləşi (87 kq) 1/8 final, C xalçası 10-cu görüş
Rafiq Hüseynov – David Loşontsi (Macarıstan)
13:48. Taekvondo (kişilər, -58 kq) 1/8 final
Qaşım Maqomedov – Cek Vulli (İrlandiya)
20:15. Yunan-Roma güləşi (77 kq) Bürünc medal uğrunda görüş, B xalçası 8-ci görüş
Sənan Süleymanov – Aleksis Kuero (Kolumbiya) / Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi