Əfsanəvi braziliyalı futbolçu Ronaldo “Valyadolid”in sahibi olaraq qalacaq. Matc.az xəbər verir ki, onun İspaniya klubunu satması gözlənilirdi.

Çünki apreldə “Kruzeyro”dakı səhmlərinin 90 faizini satan “yekədiş” “Valyadolid”lə bağlı da eyni qərar verməyi planlaşdırırdı. Lakin klub təmsilçiləri Ronaldonun prezident və sahib olmaqda davam edəcəyini açıqlayıblar. Bundan əlavə, braziliyalı maaş limitini artırmaq və yeni oyunçular almaqda kömək etmək üçün əlavə vəsait ayıracaq.

Qeyd edək ki, ötən mövsüm Sequndada çıxış edən “Valyadolid” La Liqaya qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest