15 Avqust 2024, 00:44
FUTBOL
UEFA Super Kubokunda “Real” - “Atalanta” (2:0) qarşılaşması keçirilir.
Matc.az xəbər verir ki, Varşavada, “National Stadium”da baş tutan oyunda “Real”ın unikal nailiyyətə imza atıb.
Madrid klubunun təcrübəli müdafiəçisi Dani Karvahal qarşılaşmaya ilk dəqiqələrdən başlayıb və bununla da turnir rekordu müəyyənləşdirib.
Belə ki, Karvahal altı UEFA Superkubokunun finalında çıxış edən ilk futbolçu olub.
Qeyd edək ki, bugünkü oyuna qədər “Real” tarixində 5 dəfə UEFA Superkubokunun qalibi olub.