11 Sentyabr 2024, 13:08
FUTBOL
“Yuventus” yarımmüdafiəçisi Artur Melo ilə yollarını ayırmaq fikrindədi. Matc.az xəbər verir ki, İtaliya klubu digər klublardan təklif gözləyir.
“Qoca sinyora” Braziliya millisinin üzvünü ya indi, ya da qışda satmağı planlaşdırır. Ancaq 28 yaşlı orta sahə oyunçusu Turin klubunda qalmaq istəyir.
Qeyd edək ki, Artur Melo 2020-ci ildən “Yuventus”da çıxış edir.