“Milan” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi İsmael Bennaser sıradan çıxıb.

26 yaşlı futbolçu Əlcəzair millisinin düşərgəsində olarkən zədələnib. Onun 2024-cü ili başa vurduğu müəyyənləşib. Bennaserə sağ ayağının baldır əzələsindən ciddi zədə diaqnozu qoyulub.

Futbolçunun əməliyyata ehtiyacı olub-olmayacağını müəyyən etmək üçün bir həftə sonra yenidən tibbi müayinə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest