Əlcəzair millisinin sabiq futbolçusu Raşid Qezzal Türkiyənin "Rizəspor" klubu ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu yayda "Beşiktaş"dan ayrılıb və yeni komandası ilə "1+1" sxemi ilə azad agent kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Qezzal əvvəllər "Lester", "Fiorentina", "Monako" və "Lion"da çıxış edib. Yarımmüdafiəçi Əlcəzair millisində 22 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest