“Real”ın əfsanəvi futbolçusu Quti “Atletiko”nun titullar uğrunda mübarizə şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, sabiq yarımmüdafiəçi Madrid klubunun La Liqada çempionluğa iddialı olacağını düşünür.

“Atletiko” çempionluğa iddialıdı. Bu klub barədə həmişə iddiaçı kimi danışırıq, lakin dekabrda yarışdan kənarda qalırlar. Qışdan sonra da mübarizədən qopmasalar, La Liqa üçün yaxşı olar. Onlarda “Real” və “Barselona” kimi ardıcıllıq yoxdu”, - deyə Quti söyləyib.

Qeyd edək ki, Quti 1994-2010-cu illərdə “Real”da çıxış edib. O, karyerası ərzində 608 oyun keçirib, 100 qol vurub, 108 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest