"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu nəticənin ardından Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest