“Bayer”in baş məşqçisi Xabi Alonso mövsümün sonunda komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin 2025-ci ilin yayında “Real”ın sükanı arxasına keçməsi istisna edilmir.

Çünki “kral klubu” 42 yaşlı çalışdırıcının xidmətində maraqlıdı. Alonso özü də sabiq komandasın qayıtmaq arzusundadı. O, bu məqsədinə çatmaq üçün yay fasiləsində digər klubların təklifini rədd edib. Bu keçid baş verərsə, “Bayer” “Real”ın əfsanəsi Raul Qonzalesi baş məşqçi postuna dəvət edəcək.

Qeyd edək ki, Xabi Alonso 2009-2014-cü illərdə “Real”ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest