Səudiyyə Ərəbistanı çempionatında IV turda "Əl-İttifaq" və "Əl-Nəsr" komandaları qarşılaşıb.

Matc.az xəbər verir ki, komandalar Səudiyyə Ərəbistanının Dammam şəhərindəki "Şahzadə Məhəmməd bin Fəhd" stadionunda üz-üzə gəliblər. "Əl-Nəsr" səfərdə 3:0 hesabı ilə qalib gəlib.

33-cü dəqiqədə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo penaltini qola çevirərək hesabı açıb. 56-cı dəqiqədə yarımmüdafiəçi Salem Əl-Najdi dubl edib. "Əl-Nəsr"ın yarımmüdafiəçisi Anderson Taliska 71-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Əl-İttifaq" Səudiyyə Ərəbistanı çempionatının 2024/2025 mövsümü üçün turnir cədvəlində üçüncü yeri tutur. Komanda dörd oyundan sonra 9 xal toplayıb. "Əl-Nəsr" 8 xalla dördüncü yerdədir. Pro Liqa turnir cədvəlinə "Əl-İttihad" (9) başçılıq edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest