"Roma" futbolçuları rəhbərliyin sentyabrın 18-də italiyalı mütəxəssis Daniele De Rossinin komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılması qərarını qəbul etməyib.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Bildirilir ki, Lorenzo Pelleqrini və Canluka Mançini komandanın liderləri kimi De Rossinin qovulmasının səbəblərini öyrənmək üçün klub rəhbərləri ilə görüşüblər.

Bundan başqa, Pelleqrini və Mançini 41 yaşlı çalışdırıcının qovulmasından əvvəl komanda rəhbərliyinin bu məsələ ilə bağlı fikirlərini öyrənmək üçün onların deyil, başqa futbolçulara zəng etməsindən narazı qalıb. "Roma"nın bosslarından zəng gələn futbolçular arasında De Rossinin istefasını istəmədiklərini bildirən Paulo Dybala və Leandro Paredesin olduğu da vurğulanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest