"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında iştirak edib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib:

"Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik. Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest