"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçular üçün həddən artıq yüklənmiş təqvim problemindən danışıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.

"Futbol haqqında düşünməyə dəyər, çünki çoxlu zədələrin qarşısını almaq üçün daha az matç oynanılmalıdır. Əgər futbolçuların daha az oyun keçirməsi üçün onların maaşlarını azaltmaq lazımdırsa, o zaman bunun əleyhinə olmayacaqlar.

Məşqçilər və futbolçuların şikayətləri bu mövsümün təqvimini dəyişməyəcək. Bunu təhlil etməliyik. Futbolçular gələcəkdəki dəyişikliklər barədə düşünürlər".

Xatırladaq ki, daha əvvəl "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri etiraf etmişdi ki, futbolçular həddən artıq yüklənmiş qrafikə görə tətil edə bilərlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest