Avropa Liqasının Liqa mərhələsinin ikinci turunda keçiriləcək "Qarabağ" - "Malmö" oyununu izləmək istəyən isveçli azarkeşlər üçün biletlərin qiyməti açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qonaq fanatlar üçün biletin qiyməti 140 İsveç kronudu (təxminən 24 manat).

Görüşü izləmək üçün qonaq tərəfdarlar ayrılmış vauçerləri "Malmö"nün rəsmi saytından əldə edə bilərlər. Onlar daha sonra bunları biletlərlə dəyişdirməlidilər.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Qarabağ" - "Malmö" qarşılaşması saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest