Alman baş məşqçi Hans-Diter Flik "Barselona"ya gəldikdən sonra komandanın düşərgəsində atmosfer yaxşılaşıb, xüsusən də hücumçular Robert Levandovski və Lamin Yamal arasındakı münasibət.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, ötən mövsümün sonuna kimi Levandovski Yamalın vaxtaşırı futbol meydançasında ona məhəl qoymamasından, ötürmələrlə təmin etməməsindən narazı idi. Öz növbəsində ispaniyalı futbolçu Levandovskinin komanda lideri kimi yaxşı davranış nümayiş etdirmədiyinə inanırdı.

Vurğulanır ki, Flik Levandovskidən Kataloniya klubunun gənc futbolçuları ilə işləməkdə ona köməklik etməsini istəyib, həmçinin onun üçün daha çox oynayacaqlarına söz verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest