“Mançester Siti” rəhbərliyi komandanın qapıçısı Edersonun gələcəyi ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, İngiltərə klubu braziliyalı qolkiperi satmamaq qərarına gəlib.

Tərəflər arasında yeni müqavilənin imzalanacağı gözlənilir. 31 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi.

Qeyd edək ki, 2017-ci ildən “Mançester Siti”nin formasını geyinən Ederson “şəhərlilər”in heyətində 338 oyunda 261 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest