“Zamalek” maliyyə problemi ilə əlaqədar Serxio Ramosu heyətinə qata bilməyib. Matc.az xəbər verir ki, yayda “Sevilya”dan ayrılan ispaniyalı müdafiəçi Afrika klubundan təklif alıb.

Misirlilər 38 yaşlı mərkəz müdafiəçisinin meneceri ilə danışıqlar aparsa da, maliyyə anlaşmazlığı ucbatından keçid baş tutmayıb. “Zamalek”in İdarə Heyətinin üzvü Hani Şukri də danışıqların bitdiyini təsdiqləyib. Ramos özü bu keçiddə maraqlı olsa da, “Zamalek” ulduz futbolçunun maaş tələblərinə cavab verə bilməyib.

Ramos hazırda Səudiyyə Ərəbistanı çempionatının bir neçə iştirakçısından təklif alıb. Veteran oyunçu gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Qeyd edək ki, Serxio Ramos ötən mövsüm La Liqada 28 oyuna çıxıb, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest