04 Oktyabr 2024, 09:26
FUTBOL
Azərbaycan UEFA reytinqində geriləyib. Matc.az xəbər verir ki, bu, Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunlarından sonra baş verib.
Turnirdəki təmsilçimiz “Qarabağ” İsveçin “Malmö” klubunu qəbul edib. Rəqibinə 1:2 hesabı ilə uduzan “köhlən atlılar” ölkənin əmsalını artıra bilməyiblər.
Qeydə alınan nəticələrdən sonra hesabında 19,125 xal olan Azərbaycan reytinqdə 1 pillə geriləyərək, 28-ci yerə düşüb. Ölkəmizlə eyni xala malik olan Bolqarıstan isə 1 pillə irəliləyərək 27-ci yerə yüksəlib.
Cari mövsümdə ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazandırıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısında İngiltərə (92.446) birincidi.