09 Oktyabr 2024, 14:19
FUTBOL
Rusiya millisinin və "Şinnik" klubunun keçmiş futbolçusu Artyom Yenin həyatla vidalaşıb. Matc.az xəbər verir ki, o, 49 yaşında vəfat edib.
Bu barədə Yaroslavl təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, A.Yenin 1994-2002-ci illər ərzində formasını geyindiyi "Şinnik"də 131 oyunda 6 qola imza atıb.