"Görüşün asan keçməyəcəyini bilirik. Qeydə alınacaq nəticənin bizi razı salmasını istəyiriksə, hər cəhətdən rəqibdən üstün olmalıyıq".

"Əvvəlki tsikldə Azərbaycanla oyunlardan cəmi bir xal qazanmışdıq. Bu, rəqibin gücündən xəbər verir”. Matc.az xəbər verir ki, bu sözləri Estoniya millisinin baş məşqçisi Yurgen Henn deyib.

O, Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə sabah Tallində keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.

Millimizin üstün cəhətlərindən danışan Henn bunları əlavə edib: "Görüşün asan keçməyəcəyini bilirik. Qeydə alınacaq nəticənin bizi razı salmasını istəyiriksə, hər cəhətdən rəqibdən üstün olmalıyıq. Azərbaycan yığması sürətli və keyfiyyətli komandadı. Buna diqqət yetirməliyik”.

Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest