Portuqaliya prokurorluğu Lissabonun "Benfika" klubuna qarşı korrupsiya ittihamı irəli sürüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "A Bola" nəşri paylaşıb.
Bildirilrir ki, tələblər arasında komandanın 6 aydan 3 ilə qədər bütün turnirlərdən uzaqlaşdırılması da var.
Bəhs edilən məsələdə xüsusiylə, prokurorluğun vergi saxtakarlığında da ittiham etməyə hazırlaşdığı klubun keçmiş prezidenti Luis Filipe Vieyra və sabiq hüquq müşaviri Paulo Qonçalves ittiham olunur.
Qeyd edək ki, "Benfika" Portuqaliya çempionatının nəhənglərindən biridir və eyni zamanda, oyunçu satışında qazanc baxımından Avropanın ən yaxşı klublarından hesab edilir.
Bu mövsüm 16 xalla ölkə çempionatında üçüncü yerdə qərarlaşan komanda, həm də Çempionlar Liqasının iştirakçısıdır.