12 Noyabr 2024, 10:00
FUTBOL
Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, mütəxəssis Fransada çalışacaq.
64 yaşlı çalışdırıcı “Renn” klubu ilə müqavilə imzalayıb. Sampaolinin Liqa 1 təmsilçisi ilə sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Xorxe Sampaoli Argentina millisi ilə yanaşı, “Flamenqo”, “Atletiko Mineyro”, “Santos”, “Sevilya” və “Marsel”ə rəhbərlik edib.