13 Noyabr 2024, 10:42
FUTBOL
İngiltərə Premyer Liqasının favoritləri bəlli olub. Matc.az xəbər verir ki, bununla bağlı “Opta” statistik platforması araşdırma aparıb.
“Opta” “Liverpul”u mövsümün favoriti adlandırıb. “Qırmızılar”ın çempionluq şansı 60,3 faizdi. İkinci pillədəki “Mançester Siti”də bu rəqəm 34,3-ə bərabərdi.
“Arsenal”ın 5, “Çelsi”nin 0,3 faiz şansı var. Digər komandaların ümumi çempionluq ehtimalı 0,1 faizdi.
Qeyd edək ki, 11 turdan sonra “Liverpul” 28 xalla turnir cədvəlinə başçılıq edir. Sonrakı yerlərdə qərarlaşan “Mançester Siti”nin 23, “Çelsi”nin 19 xalı var.