Yarımmüdafiəçi Camal Musiala “Bavariya” ilə yeni müqavilə imzalaması ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, 21 yaşlı vinger buna görə narahat olmadığını bildirib.

Musiala bütün diqqətini yığmaya yönəltdiyini vurğulayıb: “Bavariya” ilə yeni müqavilə imzalamalıyam, yoxsa yox? Sözləşmə mövzusu haqqında çox şey deyə bilmərəm. İndi bütün diqqətimi Almaniya millisində oynamağa yönəltmişəm. Amma Münhendə xoşbəxtəm, bunu deyə bilərəm”.

Qeyd edək ki, Camal Musialanın “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest