Ötən həftə İngiltərə Premyer Liqasının (EPL) adı açıqlanmayan futbolçusu dəfələrlə cinsi xarakterli cinayətlərdə ittiham olunduqdan sonra polis tərəfindən dindirilib. Matc.az xəbər verir ki, idmançı iki qadını zorlamaqda, həmçinin üçüncü qadına qarşı seksual cinayətdə şübhəli bilinir.

O, 2022-ci ilin iyulunda Şimali Londonda hücum şübhəsi ilə həbs olunub və həmin vaxtdan bəri eyni klubun formasını geyinib. Faktla bağlı ətraflı araşdırma aparılır. Polis məlumat verən hər kəsə dəstək verir.

Futbolçunun təxminən 30 yaşlarda olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest