“Barselona”nın futbolçusu Ansu Fati yenidən zədələnib. Matc.az xəbər verir ki, 22 yaşlı hücumçu bu dəfə məşq zamanı sağ budunun biseps əzələsindən xəsarət alıb.

İspaniya millisinin üzvünün sağalması üçün 4 həftə vaxt lazım olacaq. O, La Liqada “Selta”, “Las Palmas” və “Betis”, Çempionlar Liqasında isə “Brest” və Dortmund “Borussiya”sı ilə oyunları buraxacaq.

Qeyd edək ki, Fati yayda aldığı zədədən sonra sentyabrın ortalarında meydana qayıtmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest